Nicat Şahmuradov 2009-2013-cü illərdə mühəndislik üzrə kollec təhsili alıb. Məzun olduqdan sonra 50-dən çox dövlət və özəl quruma CV vasitəsilə və özü şəxsən müraciət edib. Heç birindən müsbət cavab almayıb. Bunun səbəbini fiziki məhdudiyyətinin və çəkisinin insanlarda önmühakimə yaratmağında görür.
Sonra aşpaz köməkçisi peşə təhsilinə yiyələnib və 2015-ci ildə bu sahədə iş tapa bilib. Təhsilini turizm sahəsində artırsa da, çoxsaylı müraciətləri cavabsız qalıb. İşsiz qaldığı dövrlərdə müxtəlif xırda işlərdə çalışıb, davamlı müsahibələrə gedib, könüllü olub.
2019-cu ildə ali təhsil müəssisəsinə qəbul olunub. Bundan sonra iş tapa bilib. Buna qədər 11 il ərzində peşə və kollec təhsili olmasına baxmayaraq, rəsmi iş tapa bilməyib.
Nicatın hekayəsini izlə
Biz əlilliyi olan şəxslərin hekayələrini paylaşırıq. Azərbaycanda əlilliyi olan şəxslərin iş bazarında qarşılaşdığı çətinlikləri öyrənmək üçün hazırladığımız siyasət sənədi ilə tanış ola bilərsən.