Kekalove Adaptive startapının təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi və Fairmont Baku otelinin ev sahibliyi ilə regionda ilk dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçirilmişdir. Tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizyanlarını - adaptiv geyimləri nümayiş etdirməkdir. Şounun ardınca əlilliyi olan şəxslərin əsas problemlərini işıqlandırmaq və vacib məsələlər barəsində dialoqu gücləndirmək məqsədilə bir neçə panel müzakirələri keçirilmişdir. Tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi John Hussay də çıxış etmişdir.
Online fashion şounun çəkilişləri iyunun 6-sı Fairmont Baku otelində baş tutub. Fashion show xüsusi karantin rejimi səbəbindən iyun ayının 12 sosial şəbəkələr vasitəsilə canlı yayımda ictimaiyyətə təqdim olunmuşdur.
Kekalove Adaptive 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. Kekalove Adaptive Creative Spark Big İdea biznes müsabiqəsinin beynəlxalq qalibi və 2020-ci il Yunus&Youth sosial biznes akseleratorunun məzunudur. Bu fashion şou startapın bu qəbildən sayca ilk tədbiri olmuşdur. Məlumatı ABŞ səfirliyi yayıb.
Comments