Əlilliyi olan qadınların bir çoxu əl işləri, sənətkarlıqla məşğul olur. Lakin onlar hazırladıqları aksesuarları hər zaman sata bilmirlər. Buna səbəb isə hazırladıqları məhsulların modern standartlara və dəblərə cavab verməməsidir.
Biz “Aksesuar Sənətkarlığı Proqramı”nda əlilliyi olan sənətkarların bacarıqlarını inkişaf etdirməyə, yeniliklərlə tanış etməyə çalışırıq. Sonra satış sərgiləri keçirib gəlir qazanmalarına dəstək oluruq.
Bu sərgilər həm də əlilliyi olan şəxslərin bir-biri və cəmiyyətlə ünsiyyətini artırır. Daha çox işləməyə, cəmiyyətdə aktiv olmağa və öz gəlirlərini qazanmağa həvəsləndirir.
Aksesuar Sənətkarlığı barədə ətraflı öyrən:
Biz əlilliyi olan qadınların hekayələrini paylaşırıq. Azərbaycanda əlilliyi olan qadınların iş bazarında qarşılaşdığı çətinlikləri öyrənmək üçün hazırladığımız siyasət sənədi ilə tanış ola bilərsən.
Comments