Soldan sağa: Məhəmməd Kekalov, Səlimət Kekalova və Xatimat Kekalova /yanvar 2016 / Səlimət Kekalovanın evi, Zaqatala, Azərbaycan.
Kekalove Adaptive bu brendi yaratmağa ilham verdiyinə görə xanım Səlimat Kekalovaya sonsuz təşəkkürünü bildirir.
Səlimət xanım Kekalova 1940-cı il aprelin 1-də SSRİ-nin Dağıstan respublikasında etnik axvax ailəsində anadan olmuşdur. O, ailə həyatı qurmaq ümidi ilə həyat yoldaşı Qitin-məhəmmədlə Azərbaycan SSR-in Zaqatala rayonunun Axvax icmasına köçüb. O, əri Qitin-məhəmmədi 70-ci illərdə faciəli, soyuqqanlı bir qətldən sonra itirib. Təhsilsiz, tənha 4 uşaq anası kimi o, sovet Azərbaycanında həyətyanı sahədən yetişdirdiyi məhsulları - becərdiyi reyhan, limon və pomidoru, saxladığı toyuqdan yumurtanı, mətbəxində hazırlayacağı qaymaqlı pendiri satmaqla dolanırdı.
İLHAM QAYNAĞIMIZ
Səlimət xanım Kekalova məşəqqətlərlə dolu bir ömür yaşayıb - övladlarını kasıb böyüdüb. O, həyatını Allaha həsr etmiş və dindar bir müsəlman kimi yaşamışdır. O, 2000-ci illərin əvvəllərində gözdən ağır əlillik qazanıb və həyatının son 20 ilini əlilliyi olan qadın kimi keçirib.
Bir insan kimi o, xeyirxahlığa, mərhəmətə, empatiyaya və gözəlliyə sadiq idi. Əlilliyi ilə bağlı üzləşdiyi bütün maneələrə baxmayaraq, mehriban və qayğıkeş xasiyyətini heç vaxt itirməmiş, məhəbbət, cəsarət və sevgini həyatımıza gətirmişdir.
Ən böyük nəvəsi Məhəmməd Kekalov bu brendi onun gündəlik geyimlərlə olan çətinliyini müşahidə etdikdən sonra yaradıb. Onun əsas baxıcıları kimi Kekalovlar ailəsi əlilliyin insanlar üçün yaratdığı çətinlikləri tam başa düşürdülər, ona görə də bu brend onların nənələrini asan geyinilən paltarla dəstəkləmək üçün yaradılmışdır.
Səlimət xanım Kekalova 05 aprel 2021-ci il tarixində 81 yaşında dünyasını dəyişib. O, Azərbaycanın və Dağıstanın Axvax icmasında çoxlu insanı öz şirin xatirəsi ilə tərk etdi. Kekalove Adaptive, xanım Kekalovanın həyatı boyu daşıdığı yüksək dəyərlərə sadiq qalaraq, bizim hazırladığımız moda ilə dünyada varlığını davam etdirməyə çalışır.
Partners
Sadə dildə desək, Kekalove Adaptive əlil arabası istifadəçiləri üçün bir geyim brendidir. Biz əlil arabası istifadəçilərinin xüsusi ehtiyaclarına uyğun geyim dizayn edirik. Əlil arabasının istifadəsinin həyatımıza, xüsusən də gündəlik geyimlərimizə həqiqətən necə təsir etdiyini başa düşmək üçün çalışırıq. Və əlil arabalarımızın bizim üçün yarada biləcəyi bütün problemlərin öhdəsindən gələ biləcək dizaynlar üzərində işləyirik. Biz həmişə super funksional, gözə xoş görünən və olduqca rahat geyimlər hazırladığımıza görə bizim işimiz mühəndislik və incəsənətin qarışığı hesab olunur.
Kekalove Adaptive-də biz əlilliyimizin bizə bəzən mənfi təsir göstərə biləcəyini başa düşürük. Geyimlərimizi dünyanın həqiqətən daha inküziv bir yer ola biləcəyinə inanaraq dizayn edirik və müsbət dəyişiklik əldə etməyin bizim kimi gənclərin məsuliyyəti olduğunu fikirləşirik. Bu səbəbdən geyimlərimizi fiziki məhdudiyyətə əsaslanaraq hazırlayırıq.
Biz əlil arabası istifadəçilərinə yaxşı geyinməyə, yaxşı görünməyə və yaxşı olmağa kömək etmək istəyirik. Əgər siz də bizimlə inklüziv bir gələcəyə eyni inamı paylaşırsınızsa, bizi sosial mediada izləyin, mail siyahımıza abunə olun, özünüzə və ya yaxınlarınıza adaptiv geyimlərimizi alın və həm də təsir dairəmizi genişləndirə bilmək üçün işimizi öz əhatənizdə paylaşın.
Bu sualı, xüsusən əlilliyi olmayan insanlardan çox alırıq. Təsəvvür edin ki, görmə əngəliniz var və köynək geyinməyə çalışırsınız. Əlilliyi olmayan insanlar üçün bu çox asandır. Ancaq başınızın səhvən qol yerindən keçdiyini anlasanız nə olardı? Çıxardıb yenidən geyinməlisiz. Təsəvvür edin ki, eyni səhvi dəfələrlə təkrarlayırsız, amma əlinizdən heç nə gəlmir. Bu səbəbdən sağlamlıq imkanları məhdud insanlar üçün onların xüsusi ehtiyaclarını nəzər alan adaptiv geyimlər labüd hal alır.
Özünüz üçün fikirləşin ki, siz necə geyinirsiz (sizin əngəlli olmadığınızı düşünək). Sizin bütün bu addımları dərhal, fikirləşmədən atırsız və geyim prosesi barədə uzun-uzadı düşünmürsüz. Amma biz şəxsən onlarla əngəlli insan tanıyırıq ki, paltar geyinməyə hətta saatlarla vaxt sərf edirlər, çünki onların geyimləri sadəcə olaraq ehtiyaclarına uyğun tikilməyib. Həmişə də əngəlli şəxsin özü, ailəsi, yaxınları bu problemlə əlləşməli olur. Biz buna son qoyacağıq.
MƏHƏMMƏD KEKALOV
Məhəmməd Kekalov Kekalove Adaptive Fashion-ın təsisçisi və direktorudur. Müxtəlif mükafatların qalibi olan sosial sahibkar və Azərbaycan vətəndaş cəmiyyətinin fəal üzvüdür. Məhəmməd Zaqatalada görmə əngəlli nənəsi ilə böyüyüb və uşaqlıqda onlar birlikdə çox vaxt keçiriblər. Məhəmməd deyir ki, onlar çox yaxın idilər və nənəsi onun boya-başa çatmasında böyük rola malik olub. Məhəmmədin universitet təhsilinə görə ayrı qalmaqlarına baxmayaraq hələ də aralarındakı xüsusi münasibəti qoruyub saxlayıblar.
RƏŞİDƏ ƏLİ
Rəşidə Əli Kekalove Adaptive Fashion-ın həmtəsisçisi və kreativ direktorudur. O Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. 2018-ci ilin sentyabrından moda dünyasına daxil olub. 2019-cu ildə Kekalove komandasına qoşulub. Onun ilk adaptiv dizaynı 2019-cu ilin oktyabr-noyabr aylarında Artım Layihə Məkanında nümayiş edilib. Rəşidə ingilis, ispan, fransız, rus və türk dillərində səlis danışır.
Həmtəsisçi və Kreativ Direktor
MƏQSƏD
Biz inanırıq və yəqin siz də bizimlə razılaşarsız ki, həyat sizi narahat edən paltarlar geyindikdə çətin olur. Bizim məqsədimiz adaptiv geyimlərdən istifadə edərək əngəlli şəxslərin maksiumum rahatlığını təmin edən bir mühit yaratmaqdır. Biz araba istifadəçilərinə yaxşı geyinməyə, yaxşı görünməyə və yaxşı olmağa kömək etmək istəyirik.
VİZYON
Bizim vizyonumuzda fiziki əngəlindən asılı olmayaraq hər bir üzvün eyni imkanlara və şanslara bərabər çıxışının olduğu, həyatını tam yaşadığı, vaxtını faydalı keçirtdiyi və ən yüksək potensialına çatdığı bir dünya dayanır.
DƏYƏRLƏR
Biz istisnasız inkluzivliyə dəyər veririk və cəmiyyətimizin üzvlərinin seçə bildiyi və bilmədiyi xüsusiyyətlərinə görə fərq qoymuruq. Biz insan həyatının, insan təcrübələrinin, insan narrativlərinin, insan emosiyalarının, əhəmiyyətinə dəyər veririk. Biz insanları prioritet edirik və buna görə də heç vaxt diskriminasiyaya dəstək ola bilmərik.
Biz insan olaraq, icma olaraq, təşkilat olaraq və bütöv dünya olaraq açıqlığa və səmimiliyə dəyər veririk. Biz super funksional məhsullarımızı müsahibələr, testlər, eksperimentlər, sınaq və səhv sayəsində ərsəyə gətiririk. Biz açıq və dürüst fikirləri qəbul etməyi sevdiyimiz qədər onları paylaşmağı da sevirik. Bizim gördüyümüz işlə maraqlanan hər kəsə öz biliyimiz, təcrübələrimiz, eskpertiamız və bacarığımızla hər cürə yardım etməyə açığıq.
Sosial təsir
Kekalove Adaptive Fashion sosial biznesdir. Biz başa düşürük ki, bizim işimiz hələ yeni irəliləyir və biz adaptiv dizayn dünyasında ilk başlayanlar olmaqdan qürur duyuruq. Biz bizdən daha əvvəl adaptiv geyimlə məşğul olan dizayner və kollkektivlərdən öyrənirik və onların yaratıqdlarına əlavə etməyə, daha da irəli aparmağa və inkişaf etdirməyə və xüsusilə də dünyanın bizim yaşadığımız hissəsində daha əlçatan etməyə çalışırıq.
Kekalove Adaptive Fashion Azərbaycanın ilk adaptiv geyim brendidir. Biz araba istifadəçilərinə diqqət çəkirik və icmamızın üzvlərinin öz səslərini çatdırmasına şərait yaradırıq. Biz inanırıq ki, bizim cəmiyyətimiz kimi məhdudiyyətçiliyin geniş yayıldığı, əlilliyi olanların haqlarının tanınmadığı, müyəssərliyin ən aşağı səviyyədə olduğu, əngəlli şəxslərin əsas ehtiyaclarının, o cümlədən təhsil, səhiyyə və infrastruktur sahəsində ehtiyaclarının düzgün ödənmədiyi cəmiyyətlərdə əlilliyi olan insanların problemlərini işıqlandırmaq və dəyişiklik tələb etmək çox vacibdir.
Bizim sosial təsir nəzəriyyəmizin 3 istiqaməti var:
MƏHSUL TƏSİRİ
bir Kekalove məhsulunun dünyaya etdiyi təsir. Bir ədəd Kekalove paltarı satılanda, bu dünyaya necə təsir edir? Bizim məhsullarımız əlilliyi olan şəxslərə vaxt və enerji qazandırır, çünki onlar çox funksionaldır və geyinməyə çox rahatdır. Vaxt və enerji həm də pula qənaət və rifahın artırılması deməkdir. Bizim müştərilərimizin həyat keyfiyyəti yüksəlir, çünki onlar artıq daha rahat şəkildə paltyar geyinirlər.
SƏNAYE TƏSİRİ
Kekalove Adaptive brendinin moda sənayesi üzərində olan təsiri. Biz adaptiv geyim dizayn edəndə, eskiz çəkəndə, onları istehsalçılarla müzakirə edəndə, təchizatçılarla və digr tərəfdaşlarla danışanda aktiv şəkildə moda sənayesində əngəlli şəxslərin iştirakçılığı üçün vəkillik edirik. Biz onları adaptiv dizayn dünyası ilə tanış edirik və fiziki əngəlin insanın geyiminə necə təsir edə biləcəyini izah edirik.
KÜLTÜRƏL TƏSİR
Biz əlilliyi olan şəxslərlə onları görməzdən gələn bir məkanda səs veririk. Bizim ətrafımızda olan, bizi tanıyan və tanlımayan hər kəsə, bizim cəmiyyətimizə fiziki məhdudiyyətlə yaşamağın necə hiss etdirdiyini, əngəlli insanların nə kimi problemlərinin olduğunu və onları necə həll etmək lazım olduğunu çatdırırıq. Bizim saytımızda icmamızın üzvlərinin öz hekayələrini tapa və sağlamlıq imkanları məhdud olan insanlarla bağlı çoxlu məlumat əldə edə bilərsiniz.
DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİ
KEKALOVE ADAPTIVE FASHION